“Pfizer”in rəhbəri koronavirusa yoluxub

Dünya

16.08.2022 - 03:35

Bourla xəstəliyi yüngül keçirdiyini vurğulayıb

ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru Albert Bourla koronavirusa yoluxub.

AYNA xəbər verir ki, o, bu barədə tviterdə məlumat verib.

A.Bourla özünü yaxşı hiss etdiyini, xəstəliyi yüngül keçirdiyini vurğulayıb: “Mən özümü təcrid etmişəm və “Paxlovid” preparatı qəbul etməyə başlamışam”.

Müəllif: Ayna.az