Pezeşkian Ermənistandadır

Dünya

16.10.2026 - 13:49

İran Prezidenti COP17-də iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian bu gün Ermənistana səfər edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (COP17) iştirak edəcək.

Sammit çərçivəsində bir neçə iştirakçı ölkənin liderləri ilə danışıqlar və fikir mübadiləsi də keçiriləcək.

İran Bioloji Müxtəliflik üzrə Konvensiyanı imzalayan ilk ölkələrdən biri olub və 1996-cı ildə rəsmi olaraq ona qoşulub. Son üç onillikdə İslam Respublikası biomüxtəlifliyin qorunmasına və ətraf mühitin qorunmasına yönəlmiş mexanizmlərin və qaydaların hazırlanmasında əsas rol oynayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş