Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

24.02.2023 - 22:12

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Son gündə Azərbaycanda koronavirus əleyhinə 396 vaksin vurulub. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 111, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra “Buster doza” peyvənd olunanların sayı isə 18 nəfərdir.

Bu günədək vurulan peyvəndlərin ümumi sayı 13 948 332-dir.

Müəllif: Ayna.az