Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

16.02.2023 - 20:27

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 243 nəfər vaksinasiya olunub.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 72, ikinci doza vaksinlərin sayı 64 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 95-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 946 418 olub.

Müəllif: Ayna.az