Peyvənd olunmaq istəyənlər yenidən məntəqələrə müraciət edə bilərlər
Peyvənd məntəqələrinin fəaliyyəti yenidən bərpa olunub. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Novruz bayramı ilə əlaqədar 20-21 mart tarixlərində məntəqələrin fəaliyyəti müvəqqəti dayandırılmışdı.
“Bu gündən etibarən koronavirusa qarşı peyvənd olunmaq istəyənlər yenidən məntəqələrə müraciət edə bilərlər”, - məlumatda vurğulanıb.