“Petkim”in baş direktoru: "Uzunmüddətli strateji hədəflərimiz var”

İqtisadiyyat

02.12.2021 - 12:17

Anar Məmmədov: “Star” Neft Emalı Zavodunun anbar tutumu 2,2 milyon kubmetrədək artacaq

“Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. AYNA xəbər verir ki, bu barədə “SOCAR Turkey” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gündəlik 35 min kubmetr xam neft işləmə qabiliyyətinə malik olan neft emalı zavodunun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatıb: “Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə investisiyalar qoyulur. Bu investisiyalar başa çatdıqda, “Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. Bu həcm ildə 11 milyon ton neft emal edən bir neftayırma zavodu üçün ideal ölçüdür”.

"2024-cü ildən “Star” neft emalı zavodunun istehsal həcmi 115 faiz proqnozlaşdırılır. 2030-cu ildən xüsusilə nəqliyyat sektorunda neftə olan tələbat azalacaq amma buna baxmayaraq Türkiyə bazarında neft-kimya sektorunun 2-3 faiz böyüməsi gözlənilir", - deyə baş direktor vurğulayıb.

Onun sözlərinə görə, bu artım eyni zamanda, dünya bazarında da özünü göstərəcək: "Uzunmüddətli strateji hədəflərimiz var”.

Müəllif: Ayna.az