Peskov: “Litva ölkəmiz üçün qeyri-dost dövlətdir”

Dünya

10.01.2025 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

Kreml rəsmisi Nausedanın Kalininqradla bağlı açıqlamasını şərh edib

Kremlin sözçüsü Dmitri Peskov Litva Prezidenti Gitanas Nausedanın Kalininqradla bağlı açıqlamasını şərh edib. Bu barədə AYNA rus mediasına istinadən bildirir.

“Litva ölkəmiz üçün qeyri-dost dövlətdir, bizə düşmən olan dövlətdir. Başqa şeylərlə yanaşı, göründüyü kimi, ərazi iddiaları da var. Bu, bizim dərin narahatlığımıza əsasdır. Dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün indiki və gələcək bütün tədbirlər görüləcək”, Peskov qeyd edib.

Qeyd edək ki, Nauseda Kalininqradı Litvanın tarixi şəhəri adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş