Peskov: "Ermənistanın strateji seçimi Rusiya üçün vacibdir"

Dünya

24.06.2026 - 15:45

“İrəvan hazırda öz inkişaf yolunu seçmək prosesindədir”

“İrəvan hazırda öz inkişaf yolunu seçmək prosesindədir və bu, Moskva üçün vacibdir. Çünki Rusiya və Ermənistan qardaş ölkələrdir”. AYNA.AZ-ın TASS-a istinadən məlumatına görə, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Görürük ki, Ermənistan və onun rəhbərliyi hazırda yol ayrıcındadır. Ermənistan rəhbərliyi qarşıdakı inkişaf yolunun seçimindən danışır. Bu, bizim üçün vacibdir, çünki illər boyu Rusiya və Ermənistan qonşu, qardaş ölkələr olub", - deyə Kremlin sözçüsü bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş