Peşə məktəblərinin boş qalan yerlərinə tələbə qəbulu aparılacaq

Xəbərlər

29.08.2022 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Sabahdan plan yerlərinə tələbə qəbulunun II mərhələsi başlayır

Sabahdan peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsi başlayır. Bu barədə AYNA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, boş qalmış plan yerlərinə tələbə qəbulu 30 avqust – 5 sentyabr tarixlərində aparılacaq.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22016 nəfərdən 59993 müraciət daxil olub. Alınan nəticələrə görə, bu ilki müraciətçi sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48% çox olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş