Pentaqonda jurnalistlərin işi məhdudlaşdırılıb

Dünya

25.05.2025 - 16:38

Həkimlər Klinikalar SEO Xidməti

Pit Heqset: “Məhdudiyyətlər məxfi məlumatların mühafizəsini gücləndirmək üçün lazımdır”

Pentaqonun rəhbəri Pit Heqset jurnalistlərin Müdafiə Nazirliyinin əksər binalarına xüsusi müşayiət olmadan daxil olmasını qadağan edən sərəncam imzalayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən xəbər verir.

Nazir bildirib ki, məhdudiyyətlər məxfi məlumatların mühafizəsini gücləndirmək üçün lazımdır.

"Pentaqon şəffaflığa sadiq qalmasına baxmayaraq, ABŞ hərbçilərinin həyatına təhlükə yarada bilən məxfi və həssas kəşfiyyat məlumatlarını qorumağa da sadiqdir", Heqset qeyd edib.

Sərəncama əsasən, akkreditasiyadan keçmiş jurnalistlər Pentaqonun mənzil-qərargahına baş çəkmək üçün rəsmi icazə almalıdırlar. Onlar yalnız onu müşayiət edən şəxslə binanın ətrafında hərəkət edə biləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş