Vəsait “Hawk” zenit kompleksi və “Patriot” sistemləri üçün raketlərin alınmasına yönəldiləcək
Pentaqon Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün sursatların da daxil olduğu 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan etmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilib ki, Ukraynanın təhlükəsizliyinə yardım məqsədi daşıyan vəsait buraxılış qurğuları, həmçinin “Hawk” zenit kompleksi və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına yönəldiləcək.
Xatırladaq ki, aprelin sonlarına olan məlumata görə, ABŞ-ın Ukraynaya hərbi yardımlarının ümumi həcmi artıq 36 milyard dolları ötüb.