Pentaqon Trampın əmrinə qarşı çıxdı: “Mümkün deyil”

Dünya

02.06.2020 - 15:33

“Hərbi formanı geydiyim 34 il ərzində ilk dəfədir ki, belə bir şeyə rast gəlirəm”

 

ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən öldürülən Corc Floydun qətlinə görə etiraz aksiyaları davam edir. AYNA xəbər verir ki, ölkə Prezidenti Donald Tramp qubernator və bələdiyyə başçılarını etirazlar bitənə qədər hüquq-mühafizə orqanlarına dəstək verməyə çağırıb.

 

“Əgər bir ştat və bir şəhər vətəndaşların həyatını və əmlakını qorumaq üçün tədbirlər görməsə, mən ordunu ora göndərəcək və problemi tez bir zamanda həll edəcəm”, - deyə Tramp açıqlamasında bildirib.

 

Lakin bu açıqlama xalq ilə yanaşı, ABŞ Müdafiə Nazirliyinin də  (Pentaqon) narahatlığına səbəb olub. Trampın bəyanatından bir neçə saat sonra isə Bruklin ştatında minlərlə insan “Dərhal, ədalət!” şüarları ilə hərəkətə keçiblər.

 

Yerli mətbuata açıqlama verən Pentaqon rəsmiləri Trampın sözügedən açıqlamasının Müdafiə Nazirliyində narahatlığa səbəb olduğunu bildiriblər. “CNN”-ə danışan rəsmilər, ştat qubernatorlarının belə bir istəkdə olmadıqları təqdirdə, bölgələrə aktiv əsgər göndərməyəcəklərini söyləyiblər.

 

Vaxtı ilə Gürcüstan Milli Qvradiyasının komandiri kimi xidmət göstərən general-mayor Tomas Karden isə Trampın açıqlamasına sərt reaksiya verib: “Düşünürəm ki, Amerika xalqı ölkənin daxili təhlükəsizliyini qorumaq üçün ordunu qəbul etməyəcək. Mən bu hərbi formanı geydiyim 34 il ərzində ilk dəfədir ki, belə bir şeyə rast gəlirəm”.

Müəllif: Ayna.az