Pentaqon ABŞ və Çexiya müdafiə sazişinin imzalandığını açıqlayıb

Dünya

24.05.2023 - 06:42

cedabet dərman SEO Xidməti

ABŞ və Çexiya arasında Vaşinqtonda Müdafiə Əməkdaşlıq Sazişi (DCA) imzalanıb.

AYNA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bəyanat yayıb.

"ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Çexiyanın müdafiə naziri Jana Çernoxova ilə görüşüb. Liderlər ikitərəfli əlaqələri müzakirə ediblər və müdafiə sahəsində əlaqələrimizi, NATO əməliyyatlarını gücləndirmək, transatlantik təhlükəsizliyi inkişaf etdirmək, ümumi maraqlarımızı qorumaq və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar”, - sənəddə deyilir.

Çernoxova Çex Televiziyasına bildirib ki, bu müqavilə Çexiya ərazisində Amerika əsgərlərinin yerləşdirilməsi və ya hərbi bazanın yaradılması ilə bağlı razılaşma deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş