Penitensiar Xidmətin rəisi general-mayor rütbəsi aldı

Xəbərlər

21.11.2023 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Prezident Mirsaleh Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verib

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Müəllif: Ayna.az