Pekindən Vaşinqtona etiraz: “Tayvanı silahlandırmaq Çinin suverenliyinə xələl gətirir”

Dünya

02.08.2023 - 17:28

cedabet dərman SEO Xidməti

Rəsmi Pekin ABŞ-ın Tayvanı yenidən silahlandırmaq planlarına cavab verib

ABŞ Prezidenti Co Bayden administrasiyasının Tayvanı yenidən silahlandırmaq planları Çinin suverenliyini və ərazi bütövlüyünü, həmçinin Pekin və Vaşinqton arasında münasibətləri pozur. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning deyib.

"ABŞ-ın Tayvana silah tədarükü Vahid Çin prinsipini və üç birgə Çin-ABŞ kommünikesinin müddəalarını ciddi şəkildə pozur. Eyni zamanda, Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur və Çin-ABŞ münasibətlərini məhv edir", - deyə o, Vaşinqtonun planlarına cavab verib. .

Diplomat həmçinin əlavə edib ki, “heç kim Çin xalqının dövlət suverenliyini müdafiə etmək üçün güclü qətiyyətini, iradəsini və qabiliyyətini qiymətləndirməməlidir”.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Tayvana hərbi yardım göstərilməsinə göstəriş verib. Amerika lideri administrasiyaya Müdafiə Nazirliyi vasitəsilə 345 milyon dollara qədər müdafiə fondu və xidmətlər göstərməyi tapşırıb. Bundan əlavə, vəsait adaya kömək etmək üçün təhsil və təlimə yönəldiləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş