Paytaxtda yaşayış binasında yanğın olub

Hadisə

17.06.2022 - 23:46

Sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) isitnadən xəbər verir.

Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az