Paytaxtda avtobus yanıb

Hadisə

16.06.2022 - 16:02

Yanğın zamanı ölən və xəsarət alan olmayıb

Bakı şəhərinin Suraxanı rayonunda "Daewoo" markalı avtobusun salonu yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Müəllif: Ayna.az