Paşinyan Zəngəzur dəhlizindən danışdı: "Razılığa gəlmişik ki…"

Xəbərlər

03.02.2022 - 13:03

Həkimlər Klinikalar SEO Xidməti

"Yaxın vaxtlarda bu layihəni həyata keçirmək mümkün olacaq"

"Artıq Ermənistan tərəfi Arazdəyəndən Horadizə dəmir yolunun (Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz - Zəngəzur dəhlizi) çəkilməsinin praktiki məsələlərini müzakirə edir". AYNA xəbər verir ki, Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan qeyd edib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov bir gün əvvəl İrəvana işgüzar səfərə gəliblər və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan onlarla görüşüb.

"Biz üçtərəfli qrupun işinin ilk nəticələrini elan etməyə yaxınıq. Artıq razılığa gəlmişik ki, dəmiryolunun hissələri keçdiyi ölkələrin qanunlarına uyğun fəaliyyət göstərsin", - Paşinyan  deyib.

Paşinyan vurğulayıb ki, indi yolun texniki tapşırığı, onun layihələndirilməsi və tikintisinə başlanılması, eləcə də maliyyələşdirilməsi müzakirə olunur: "Belə dinamika davam edərsə, yaxın vaxtlarda bu layihəni həyata keçirmək mümkün olacaq".

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş