Paşinyan vəziyyətin gərgin olduğunu bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AYNA-nın xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonadakı vəziyyəti müzakirə ediblər. Paşinyan vəziyyətin gərgin olduğunu bildirib.
Liderlər gərginliyin azaldılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar.