Paşinyan: ““Qarabağ hərəkatı” mövzusunu əbədi olaraq bağlamalıyıq”

Dünya

29.01.2026 - 16:32

"Ermənistan və Azərbaycan qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyi tanımağa razılaşıblar”

“Biz "Qarabağ hərəkatı" mövzusunu birdəfəlik, əbədi olaraq bağlamalıyıq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyi tanımağa razılaşıblar. Ona görə də bu mövzu birdəfəlik bağlanmalıdır", - deyə Paşinyan bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş