"Müxalifət fraksiyayarı bu formatın qəbuledilməz olduğunu bildirdilər"
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə müxalifətini aktual məsələlərin müzakirəsi üçün qapalı görüşə dəvət edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
Rubinyan qeyd edib ki, Baş nazirlə və müxalif “Ermənistan” fraksiyasının deputatları ilə müzakirələr aparıb: ""Ermənistan” fraksiyasından olan həmkarlarımla apardığım müzakirələr, eləcə də Baş nazirlə müzakirələr nəticəsində mən “Ermənistan” fraksiyasına təklif etdim ki, Baş nazirlə müxalifət fraksiyaları arasında qapalı işçi müzakirə təşkil edilsin. Müxalifət fraksiyayarı bu formatın qəbuledilməz olduğunu bildirdilər".
"Baş nazirlə müzakirələrdən sonra mən ikinci təkliflə çıxış etdim - Milli Assambleya Şurası formatında qapalı müzakirə təşkil olunsun, amma nə müsbət, nə də mənfi cavab aldım”, - Rubinyan vurğulayıb.
Vitse-spiker müxalifəti parlamentə gəlib, hakimiyyətin müzakirə etmək istəmədiyi aktual məsələlərin olduğunu bildirməkdənsə, bu təklifə aydın cavab verməyə çağırıb.