Paşinyan: “Kommunikasiyaların blokdan çıxarılması ilə bağlı razılıq əldə olunub”

Aktual

22.04.2022 - 16:49

"Dəmir yolları və avtomobil yollarının tikintisinə tezliklə başlamağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm”

"Moskvaya səfərim zamanı Ermənistan-Rusiya ikitərəfli gündəliyinin ən əsas məsələləri müzakirə olunub. Hansı ki, bu,  mənimlə Rusiya Federasiyası Prezidentinin görüşünün yekun bəyanatında öz əksini tapıb". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Baş nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşündə regionda sabitlik və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib: "Ermənistan və Rusiya tərəflərinin mövqelərinin üst-üstə düşməsi ilə regional kommunikasiyaların blokdan çıxarılması prinsipləri ilə bağlı mühüm razılaşmalar əldə olunub".

“Bu məsələdə biz bütün beynəlxalq tərəfdaşlarımızın yanaşmalarının ümumiliyini qeyd edə bilərik. Bunun fonunda mən Ermənistan ərazisində Şərqlə Qərbi birləşdirən dəmir yolları və avtomobil yollarının tikintisinə tezliklə başlamağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm”, - Paşinyan deyib.

Baş nazir ümidvar olduğunu bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin Üçtərəfli İşçi Qrupu yaxın vaxtlarda prosesin başlanması üçün zəruri olan sənədləri hazırlayıb razılaşdıracaq.

Müəllif: Ayna.az