Paşinyan Ərdoğanı təbrik edib

Xəbərlər

29.05.2023 - 00:51

“Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə prezidenti seçkilərinin ikinci turunda qalib gələn dövlət başçısı Rəcəb Tayyib Ərodğanı təbrik edib. AYNA xəbər verir ki, bu barədə Paşinyan “Twitter” səhifəsində yazıb.

“Prezident Rəcəb Tayyib Ərodğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - Paşinyan qeyd edib.

Müəllif: Ayna.az