Paşinyan: “Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiaları var”

Aktual

10.09.2024 - 16:29

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Azərbaycanın Ermənistan Konstitusiyasına dair iddialarını qəbul etməyib

Sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq forumunda çıxış edən Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara toxunub.

AYNA erməni mediasına istinadən bildirir ki,  Paşinyan sülh sazişi layihəsinin 13 maddəsinin və preambulasının tam razılaşdırıldığını təsdiqləyib: "İki cümlədən ibarət olan daha 3 bənd qismən razılaşdırılıb. Bu maddələrin bir cümləsi razılaşdırılıb, digəri yox".

"Sülh müqaviləsinin razılaşdırılmış hissəsi Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması haqqında əsasnaməni nəzərdə tutur. Biz bu təklifi açıq və rəsmi şəkildə etdik. Sülh müqaviləsinin razılaşdırılmış mətnini və münasibətlərin qurulmasına dair müqaviləni ən qısa müddətdə imzalamağa hazır olduğumu bildirirəm", - Paşinyan vurğulayıb.

Baş nazir Azərbaycanın Ermənistan Konstitusiyasına dair iddialarını qəbul etməyib. Onun sözlərinə görə, əksinə, “Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiaları var”.

“1991-ci ildə Azərbaycanın qəbul etdiyi Konstitusiya Aktında 1918-ci il Azərbaycan Respublikasının İstiqlal Bəyannaməsinə istinad edilir ki, orada müasir Ermənistanın ərazisi Azərbaycan ərazisi kimi göstərilib.  Ancaq biz bunu danışıqlar mövzusuna çevirmirik. Çünki sülh müqaviləsinin razılaşdırılmış mətnində belə bir bənd var ki, tərəflər sülh müqaviləsinin müddəalarının yerinə yetirilməməsinə haqq qazandırmaq üçün öz daxili qanunvericiliklərinə istinad edə bilməzlər", -  Paşinyan vurğulayıb.

Müəllif: Ayna.az