Milli Məclisin iclasında Bəyanat qəbul edilməzdən əvvəl videoçarx nümayiş etdirilib
Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat qəbul edib. AYNA xəbər verir ki, Milli Məclis tərəfindən Xocalı soyqırımı haqqında hazırlanmış videoçarx Bəyanat qəbul edilməzdən əvvəl nümayiş etdirilib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova Xocalı soyqırımın 30 illiyi ilə bağlı bəyanatının hazırlanması üçün komissiya yaradılmasını təklif edib.
Spikerin təklifi ilə Milli Məclisin sədr müavini Adil Əliyev (komissiyanın sədri), deputatlar Pərvin Kərimzadə, Kamal Cəfərov, Bəxtiyar Əliyev, Tamam Cəfərova və Elman Məmmədovdan ibarət komissiya yaradılıb.
Komissiya Bəyanat haqqında qərar layihəsini hazırlayaraq parlamentin iclasına təqdim edib.
Bəyanatı deputat Kamal Cəfərov oxuyub. Bundan sonra Sənəd Milli Məclisdə qəbul edilib.