“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik təsdiqlənib
Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsini təsdiqləyib.
AYNA xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub.
Qanun layihəsinə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.