"Park Qusar" ərazisində kottec yanıb: 4 nəfər ölüb

Hadisə

22.01.2023 - 11:59

Qusarda yanğında ölən dörd nəfərin şəxsiyyəti müəyyənləşib

Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzinin ərazisindəki kottecdə baş verən yanğın nəticəsində ölən şəxslərin şəxsiyyəti müəyyənləşib.

AYNA xəbər verir ki, yanğın nəticəsində Emin Babayev, Zülfiyyə Babayevə, Rauf Babayev və Rüstəm Dadaşov dünyasını dəyişib.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı kotteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kottecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az