Papanın köməkçisi COVID-19-a yoluxub

Dünya

07.05.2020 - 16:05

Fransiskin köməkçisi evdə həkim nəzarəti altındadır

 

Roma Papası Fransiskin köməkçisi koronavirusa a yoluxub. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, hazırda Papa Fransiskin köməkçisi evdə həkim nəzarəti altındadır. Onun səhhətinin qənaətbəxş olduğu vurğulanıb.

 

Xatırladaq ki, bu günə kimi Vatikanda 12 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb.

Müəllif: Ayna.az