“Bütün ştatlar karantin rejimini gözləməli və tədbirləri sərt şəkildə davam etdirməlidir”
ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusla bağlı vəziyyətin ciddiliyini nəzərə alaraq bəzi ştatları tənqid edib. AYNA xarici mediya istinadən xəbər verir ki, Tramp bütün ştatları koronavirusla mübarizəyə dəvət edib və gücləri birləşdirməyə çağırıb.
“ABŞ Konstitusiyasında ayrı-ayrı ştatların daxili məsələlərdə müstəqilliyi qeyd olunsa da, koronavirus məsələsində asayiş və təhlükəsizliyin qorunması birgə həyata keçirilməlidir. Bütün ştatlar karantin rejimini gözləməli və tədbirləri sərt şəkildə davam etdirməlidir”, - Ağ Ev rəhbəri bəyan edib.
Məlumata görə, ABŞ-ın şərq və qərbində 10 ştat ciddi karantin tədbirləri görür, insanlardan evlərindən çıxmamaq tələb olunur. Bəzi ştatlarda isə təhlükəsizliyi yetərli səviyyədə əməl edilmir.
Qeyd edək ki, Birləşmiş Ştatlarda 554684 təsdiqlənmiş virusa yoluxma halı və 23608 ölüm faktı var. ABŞ günlərdir koronavirus pandemiyasının əsas mərkəzi olaraq qalır.