45 nəfər ölüb, 65 nəfər yaralanıb
Pakistanın Pişəvəri şəhərində məsciddə partlayış baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, partlayış barədə ölkənin hüquq-mühafizə orqanları məlumat verib.
Qeyd edilib ki, şiələrə məxsus "Kucha Risaldar" məscidinə bombalı hücum olub. Nəticədə 45 nəfər ölüb, 65 nəfər yaralanıb.
Ölü sayının artması istisna edilmir. Partlayışa görə məsuliyyəti heç kim üstünə götürməyib.