Pakistanda avtobus qəzasında 28 nəfər ölüb

Dünya

29.05.2024 - 09:40

Həkimlər Klinikalar SEO Xidməti

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.

AYNA xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.

Hadisə çərşənbə günü səhər saatlarında Vaşuk rayonunda baş verib.

İlkin versiyaya görə, avtobusun təkəri partlayıb, bundan sonra o, yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş