Altı terrorçu zərərsizləşdirilib
Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Bannu dairəsində keçirdiyi antiterror əməliyyatı zamanı ən azı altı silahlını zərərsizləşdirib, daha dörd nəfər isə yaralanıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə keçirilən xüsusi əməliyyat zamanı “Fitna əl-Xəvaric” adlı, ölkədə qadağan olunmuş silahlı qruplaşmanın üzvləri hədəfə alınıb.
Toqquşma nəticəsində altı terrorçu məhv edilib, dördü isə yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə təhlükəsizlik qüvvələri tərəfindən axtarışlar davam etdirilir.