Səlçuk Tengioğlu hakim qarşısına çıxarılıb
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edən Səlçuk Tengioğlu hakim qarşısına çıxarılıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, "İctimai vəzifə daşıyan şəxsə qəsdən xəsarət yetirmə" maddəsi ilə ittiham olunan S.Tengioğlu məhkəmə qərarı ilə həbs edilib.
Həbs edilən şəxsin heç bir siyasi partiya və ya təşkilatla mənsub olmadığı və psixi sağlamlıq problemi yaşamadığı məlum olub.
Xatırladaq ki, CHP sədri Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sırrı Süreyya Öndərin dəfn mərasimində hücuma məruz qalıb. S.Tengioğlu CHP sədrinin başına vurub.