Özəlləşdirmə çekləri ilə bağlı mühüm xəbər – VİDEO

Cəmiyyət

19.02.2025 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

Ədliyya Nazirliyi hüquqi faktı rəsmən təsdiqlədi

Əllərində dövlətin onlara verdiyi qiymətli kağızların - özəlləşdirmə çeklərinin (vauçer) tədavüldən çıxarılaraq qiymətsiz hala gəlməsinə etiraz edən vətəndaşlar problemlərinin həllinə çarə axtarışındadırlar. Onlar bildirirlər ki, 2011-ci ildə çeklərin dövriyyəsini bitirmək qərarı ilə onların qanuni hüququ pozulub. Dövlətin verdiyi özəlləşdirmə paylarından istifadə edə bilməyən vətəndaşlar illərdir ki, döymədikləri qapı qalmayıb, amma hüquqları bərpa olunmayıb.

Çek sahiblərinin sözlərinə görə, növbəti qanunsuzluğa Bakı İnzibati Məhkəməsində yol verilib. Belə ki, ötən il dekabrın 6-da Bakı İnzibati Məhkəməsində özəlləşdirmə çekləri sahibi olan bir qrup şəxsin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iddianı mümkün saymayıb.

Halbuki, qanun və ortadakı faktlar tələb edir ki, vətəndaşların halal haqları bərpa edilsin. Aşağıdakı videomaterialda diqqətçələn məqamlar əksini tapıb. Beləliklə:

Müəllif: Aydın Gəray

Pin up casino Pin-up casino giriş