Qəbələdə torpaq zəbtlərinin qarşısının alınması üçün monitorinqlər davam etdirilir
Qəbələ Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları Qəbələ ərazisində özbaşına aparılan tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqləri davam etdirirlər.
Rayon İcra Hakimiyyətindən AYNA.AZ-a verilən məlumata görə, növbəti monitorinq zamanı rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsinin mühafizə zolağında vətəndaş tərəfindən özbaşına aparılan hasarlama işlərinin qarşısı alınaraq ərazi boşaldılıb.