Ötən sutka 10 nəfər xilas edilib

Xəbərlər

28.06.2024 - 12:24

Həkimlər Klinikalar SEO Xidməti

34 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 14 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 35 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az