129,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AYNA-ya verilən məlumata görə, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.