Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Hadisə

27.05.2023 - 11:18

Dünən ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, mayın 26-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Müəllif: Ayna.az