Ötən gün ictimai yerlərdə 25 koronavirus xəstəsi aşkarlanıb

Xəbərlər

10.12.2021 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə evlərinə qaytarılıblar

Dekabrın 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar.

Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə evlərinə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 5 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş