COVID-19 pasportu olmadığına görə 7 nəfər şənliklərə buraxılmayıb
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri fevralın 7-də Bakıda və respublikanın digər ərazisində 69 toy şənliyinin monitorinqini aparıb.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs olunub.
COVID-19 pasportu olmadığına görə 7 nəfər şənliklərə buraxılmayıb.