Ötən gün 67 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

22.02.2022 - 10:49

Həkimlər Klinikalar SEO Xidməti

Monitorinqlər 61 şadlıq sarayında və 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri fevralın 21-də Bakıda və respublikanın digər ərazisində 67 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 61 şadlıq sarayında və 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığı müəyyənləşdirilən 62 nəfər şənliklərə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş