COVID-19 pasportu olmadığına görə 12 nəfər şənliklərə buraxılmayıb
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 17-də Bakıda və respublikanın digər ərazisində 65 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 62 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə 12 nəfər şənliklərə buraxılmayıb.