Ötən gün 5 tüfəng təhvil götürülüb

Xəbərlər

19.04.2024 - 10:29

Qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 6 patron aşkarlanıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, aprelin 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng və 4 patron təhvil götürüblər.

Həmin gün həyata keçirilən digər əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 6 patron aşkarlanıb.

Müəllif: Ayna.az