Ordumuzun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub

Xəbərlər

10.04.2025 - 08:24

Həkimlər Klinikalar SEO Xidməti

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

AYNA.AZ xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş