Ordumuzun Kəlbəcər və Gədəbəydəki mövqeləri atəşə tutulub

Xəbərlər

22.08.2023 - 14:12

cedabet dərman SEO Xidməti

Qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb

Avqustun 22-si saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş