Ordumuzun hərbi qulluqçusu təlim zamanı həlak olub

Hadisə

06.06.2024 - 00:31

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verib

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş