Aleksandr Novak: “Müqavilələrimiz 2024-cü ilin sonuna qədər qüvvədədir”
“OPEC+ ölkələri 2024-cü ilin sonuna qədər könüllü olaraq neft hasilatını azaltmağa davam edəcəklər”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Müqavilələrimiz 2024-cü ilin sonuna qədər qüvvədədir. 2024-cü ilin sonuna qədər isə aprel ayında gündəlik əlavə olaraq 1,66 milyon barel azalma ilə bağlı qəbul edilmiş qərarlar qüvvədə qalır”, - deyə Novak əlavə edib.
Baş nazirin müavini əlavə edib ki, qışda bazarı tarazlaşdırmaq üçün əlavə ixtisarlar olacaq.
Qeyd edək ki, Braziliyanın OPEC+ ilə əməkdaşlığa 2024-cü ilin yanvarında qoşulacağı bildirilib.