Azərbaycan neftinin qiyməti 49 dollara yaxınlaşıb

İqtisadiyyat

03.12.2020 - 11:08

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar geriləyərək 48,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 45,06 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar artaraq 48,88 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az