Onuncu siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir

Xəbərlər

16.08.2022 - 11:32

Sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək

2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Bu barədə AYNA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Müəllif: Ayna.az