On üç nəfər TOEFL iBT imtahanı verib

Xəbərlər

28.03.2022 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti TOEFL iBT imtahanının aprelin 9-da keçirilməsi nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında TOEFL iBT imtahanı keçirilib.

DİM-dən AYNA-ya bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 13 nəfər iştirak edib. İmtahan müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

İmtahan binasına daxil olanların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının aprelin 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı Mərkəzin saytından əldə etmək olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş